Bakı. 2 sentyabr. REPORT.AZ/ Mingəçevir Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 12-də açacaq.
"Report" xəbər verir ki, həmin gün teatrda yazıçı-dramaturq Əli Əmirlinin "İki yetimin taleyi" adlı əsəri əsasında xalq artisti, rejissor Vaqif Əsədovun hazırladığı tamaşa nümayiş etdiriləcək.
Tamaşada Mingəçevir Teatrının aktyor truppası çıxış edir.
Teatrda ilin sonunadək 2 yeni tamaşa hazırlanacaq.