Mingəçevir Dövlət Dram Teatrının rəhbərliyi “Azdrama”da mətbuat konfransı keçirib

Mingəçevir Dövlət Dram Teatrının rəhbərliyi “Azdrama”da mətbuat konfransı keçirib “İnanıram ki, kollektiv paytaxt tamaşaçıları qarşısında sənət imtahanından üzüağ çıxmağı bacaracaq”
İncəsənət
27 Aprel , 2015 19:29
Mingəçevir Dövlət Dram Teatrının rəhbərliyi “Azdrama”da mətbuat konfransı keçirib

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Akademik Milli Dram Teatrında M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının “Eşq və intiqam” tamaşasının nümayişi ilə bağlı mətbuat konfransı keçirilib.

“Report”un xəbərinə görə, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruz bu qəbildən olan qastrol səfərlərinin əhəmiyyətini vurğulayıb. Ramiz Novruz qeyd edib ki, Mingəçevir teatrında çox istedadlı aktyorlar var: “İnanıram ki, kollektiv bu gün paytaxt tamaşaçıları qarşısında sənət imtahanından üzüağ çıxmağı bacaracaq”.

M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov Mingəçevir teatrında gedən yaradıcılıq prosesi, repertuarın qurulması, kadr islahatları, hazırlanmaqda olan tamaşalar, eləcə də teatrın yaradıclıq planları haqqında məlumat verib.

Rejissor, xalq artisti Zülfüqar Abbasov S.S.Axundovun eyniadlı pyesi əsasında hazırlanan “Eşq və intiqam” tamaşası haqqında söhbət açıb, səhnə əsərinin ideya mündəricəsi, bədii-estetik tutumu, aktyor ifası barədə danışıb.

Qeyd edək ki, S.S.Axundovun pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor köməkçisi Xəyalə Qəmbərovadır. Tamaşada əməkdar artistlər Akif Mirabov (Piri baba), Ella Yaqubova (Həcər xanım), aktyorlar Şıxı Qurbanov (Əlimərdan), İlqar Rəhimov (İbad), Afət Əliyeva (Yasəmən), Elmira İbrahimova (Xalisə nənə), Hüseyn Mustafayev (Çingiz), Jalə Davıdova (Qəmər), Firuz Hacıyev (Cəbi), Aydın Quliyev (Şahbaz bəy), Eyvaz Əliyev (Şəmsi bəy), Fəridə Məmmədova (Zöhrə xanım), Qabil İbrahimli (Səfi bəy) və başqaları çıxış edirlər.

Son xəbərlər

Orphus sistemi