Milli Teatr Gününə hazırlıq işləri başlayıb

Milli Teatr Gününə hazırlıq işləri başlayıb Teatr Xadimləri İttifaqı yubiley tədbiri də keçirəcək
İncəsənət
12 Fevral , 2015 10:59
Milli Teatr Gününə hazırlıq işləri başlayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqı 10 mart - Milli Teatr Gününə hazırlaşır. "Report" xəbər verir ki, bu münasibətlə ittifaq rəhbərliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Tədbirlər Planı hazırlayıb.

Həmin gün Teatr Xadimləri İttifaqının rəhbərliyi Fəxri Xiyabanı vı Şəhidlər Xiyabanını ziyarət edəcək. Habelə, teatrla bağlı müxtəlif tədbirlər, tamaşalar keçiriləcək.

Bundan əlavə, Teatr Xadimləri İttifaqı görkəmli balerina Qəmər Almazzadənin 100 illik yubileyi münasibətilə tədbir də keçirəcək. Yubiley tədbiri martın sonu, aprelin əvvəlində olacaq.

Son xəbərlər

Orphus sistemi