Azərbaycanın iki Milli Qəhrəmanına həsr edilən filmlər nümayiş etdiriləcək

Azərbaycanın iki Milli Qəhrəmanına həsr edilən filmlər nümayiş etdiriləcək Filmlər Nizami Kino Mərkəzində təqdim ediləcək
İncəsənət
19 Noyabr , 2015 11:05
Azərbaycanın iki Milli Qəhrəmanına həsr edilən filmlər nümayiş etdiriləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanları Cavanşir Rəhimov və Sərdar Səfərova həsr edilən iki sənədli film nümayiş etdiriləcək.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, filmlər noyabrın 23-dən 30-dək tamaşaçılara göstəriləcək. 

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr edilən "Cavanşir" sənədli filminin quruluşçu rejissoru Kəmalə Musazadə, Sərdar Səfərova həsr edilən "Portret" filminin quruluşçu rejissoru Fariz Əhmədovdur.

Filmlərə giriş pulsuzdur.

Son xəbərlər

Orphus sistemi