Bakı. 2 sentyabr. REPORT.AZ/ M.F.Axundov adına Milli Kitabxanada nasir, dramaturq, şair-publisist Əli Səmədli və dramaturq, ilahiyyatçı-publisist Oqtay Salamzadəyə həsr olunan sərgi açılıb.
Milli Kitabxanadan "Report"a verilən məlumata görə, “Əli Səmədli-85” və “Oqtay Salamzadə-85” adlı kitab sərgiləri yazıçıların 85 illik yubileylərinə həsr olunub.
Hər iki sərgidə yazıçıların həyat və yaradıcılığını özündə əks etdirən kitablar nümayiş olunur.