Milli Dram Teatrda çalışan 17 xalq artisti barədə orjinal layihə həyata keçiriləcək

Milli Dram Teatrda çalışan 17 xalq artisti barədə orjinal layihə həyata keçiriləcək Hər bir sənətkar onlara ünvanlanan 22 suala cavab verəcək
İncəsənət
7 İyul , 2015 12:51
Milli Dram Teatrda çalışan 17 xalq artisti barədə orjinal layihə həyata keçiriləcək

Bakı. 7 iyul. REPORT.AZ/ "Akademik Milli Dram Teatrında çalışan 17 xalq artisti haqqında monoqrafiya yazılacaq. Monoqrafiyalar kitab şəklində çap ediləcək və kitabxanalara paylanılacaq".

Bunu "Report"a açıqlamasında Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərova deyib. 

Onun sözlərinə görə, aktyorlar haqqında monoqrafiya yazılması ideyası teatrın direktoru İsrafil İsrafilova məxsusdur: "Milli Dram Teatrında işləyən 17 nəfər xalq artisti şəxsi məlumatlarını səs yazısı vasitəsilə lentə köçürür. Hər bir sənətkar onlara ünvanlanan 22 suala cavab verməklə, 3 saat müddətində uşaqlıq, gənclik illəri və sənət həyatları barədə danışırlar. Lent yazısında toplanan məlumatlar kitab şəklində çap ediləcək. Bu kitab hər bir aktyor üçün gözəl hədiyyədir".

Qeyd edək ki, aktyorlar haqqında olan monoqrafiyalar Akademik Milli Dram Teatrının şəxsi vəsaiti hesabına çap ediləcək. 

Son xəbərlər

Orphus sistemi