"Metropoliten Opera"nın tarixində ilk dəfə qadın bəstəkarın əsəri səhnəyə qoyulacaq

"Metropoliten Opera"nın tarixində ilk dəfə qadın bəstəkarın əsəri səhnəyə qoyulacaq Fin bəstəkarın operası yüzilliyin ən məşhur əsəri sayılır
İncəsənət
19 Fevral , 2016 21:13
Metropoliten Operanın tarixində ilk dəfə qadın bəstəkarın əsəri səhnəyə qoyulacaq

Bakı. 19 fevral. REPORT.AZ/ Nyu-Yorkun məşhur "Metropoliten Operası"nda ilk dəfə olaraq qadın bəstəkarın əsəri səhnəyə qoyulacaq.

"Report" xəbər verir ki, bu barədə informasiyanı "The New York Times" qəzeti yayıb.

"Metropoliten Opera"nın 100 illlik tarixində ilk dəfə fin bəstəkar Kayi Saariaxonun "Uzaqdan məhəbbət" (L’Amour de Loin) operası nümayiş etdiriləcək. Operanın premyerası 2016-cı il dekabrın 1-də olacaq.

Qadın bəstəkarın yazdığı opera yüzilliyin ən məşhur sənət əsəri sayılır. Məhəbbətdən bəhs edən operanın librettosunu 2000-ci ildə fransız yazıçı Əminə Maalufa yazıb.

"Metropoliten Operası"nda ilk dəfə nümayiş etdiriləcək operaya görə Kayi Saariaxo 2011-ci ildə "Qremmi" mükafatını alıb.

Qeyd edək ki, 1883-cü ildən fəaliyyət göstərən "Metropoliten Opera"da sonuncu dəfə 1903-cü ildə ingilis bəstəkar xanım Etel Smitin əsəri səhnəyə qoyulub.

Son xəbərlər

Orphus sistemi