Məşhur rəqqasənin 95 yaşı qeyd olunub

Məşhur rəqqasənin 95 yaşı qeyd olunub Bu münasibətlə Respublika İncəsənət Gimnaziyasında tədbir keçirilib
İncəsənət
26 Dekabr , 2014 17:58
Məşhur rəqqasənin 95 yaşı qeyd olunub

Bakı. 26 dekabr. REPORT.AZ/ Görkəmli rəqqasə, xalq artisti Əminə Dilbazinin 95 yaşı tamam olub. Bu münasibətlə mərhum xalq artistinin yubileyi Respublika İncəsənət Gimnaziyasında qeyd edilib.

"Report" xəbər verir ki, dekabrın 26-da Respublika İncəsənət Gimnaziyasında dövlət mükafatı laureatı, “İstiqlal” ordeninə layiq görülmüş məşhur rəqqasə Əminə Dilbazinin 95 illik yubileyi münasibətilə konsert-oçerk keçirilib.

Respublika İncəsənət Gimnaziyasının xoreoqrafiya şöbəsinin müdiri Tahir Eynullayevin "Report"a verdiyi məlumata görə, yubiley tədbirinin bu incəsənət ocağında qeyd edilməsi heç də təsadüfi deyil: "Əminə Dilbazi Azərbaycan rəqs sənətinin ən görkəmli nümayəndəsi, istedadlı rəqqasə olub. Onun tələbələri bu gün Azərbaycan rəqs sənətinin inkişafında xüsusi xidmətlər göstərir".

Tədbirdən sonra Əminə Dilbazinin sənətini sevənlər, yaxınları və tələbələri məşhur rəqqasənin xatirəsini uyuduğu Fəxri xiyabanda yad ediblər.

Son xəbərlər

Orphus sistemi