Bakı. 10 avqust. REPORT.AZ/ Məşhur heykəltəraş Ernst Neizvestnı dünyasını dəyişib.
"Report" xəbər verir ki, bu barədə jurnalist Oleq Sulkin "Facebook" səhifəsində məlumat yayıb.
Heykəltəraş 92 yaşında Nyu-Yorkda vəfat edib.
E.Neizvestnının məşhur əsərləri arasında Asuan bəndi yanındakı "Lotus gülü"nü, Maqadandakı "Kədər maskası"nı, TEFİ üçün Orfey heykəlciyini göstərmək olar.