​Məşhur blüz ifaçısı vəfat edib

​Məşhur blüz ifaçısı vəfat edib Musiqiçi sənət karyerasına 1948-ci ildə başlayıb
İncəsənət
15 May , 2015 11:34
​Məşhur blüz ifaçısı vəfat edib

Bakı. 15 may. REPORT.AZ/ ABŞ-ın məşhur blüz ifaçısı Bi Bi Kinq vəfat edib. "Report" xəbər verir ki, bu haqda "ABCNews" məlumat yayıb.

Xəbərə görə, məşhur blüz ifaçısı 89 yaşında dünyasını dəyişib. Bir müddət öncə o, şəkər xəstəliyi ilə bağlı xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Rayli Bi Kinq 1925-ci il sentyabrın 16-da Missisipi ştatının İtta Bene qəsəbəsində dünyaya gəlib. O, musiqi karyerasına 1948-ci ildə başlayıb. Bi Bi Kinq bəstəkar, gitara ifaçısı, müğənni idi. 2011-ci ildə "Rolling Stone" jurnalının keçirdiyi "Bütün dövrlərin ən yaxşı 100 gitaraçısı" sorğusunda o, 6-cı olmuşdu. Musiqisi və ifasını sevənlər onu "blüz kral"ı adlandırırdı. Ötən illər ərzində Bi Bi Kinq özünü ən kamil blüz ifaçısı olaraq təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi