Azərbaycanın məşhur balaban ifaçısı TURKSOY-un mükafatına layiq görülüb

Azərbaycanın məşhur balaban ifaçısı TURKSOY-un mükafatına layiq görülüb Mükafat Əlixan Səmədova Qazaxıstanda təqdim edilib
İncəsənət
15 Fevral , 2016 12:08
Azərbaycanın məşhur balaban ifaçısı TURKSOY-un mükafatına layiq görülüb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın tanınmış sənətkarı, məşhur balaban ifaçısı Əlixan Səmədov TURKSOY-un xüsusi mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, mükafatı Qazaxıstanın Almatı şəhərində keçirilən konsertdə TURKSOY-un baş katibi Düsen Kaseinov Əlixan Səmədova təqdim edib.

O, mükafata konsertdən sonra türk musiqisinə verdiyi töhfələrə görə layiq görülüb.

Qeyd edək ki, Ə.Səmədov Almatının Jambıl Qazax Dövlət Filarmoniyasında "Türk Dünyası Çağdaş Klassik Musiqi Konserti"ndə çıxış edib.

Son xəbərlər

Orphus sistemi