Mərhum aktyor Elçin Məmmədovun 70 illik yubileyi qeyd olunucaq

Mərhum aktyor Elçin Məmmədovun 70 illik yubileyi qeyd olunucaq Yubiley tədbiri mayın 31-də Teatr Xadimləri İttifaqında olacaq
İncəsənət
17 May , 2016 12:48
Mərhum aktyor Elçin Məmmədovun 70 illik yubileyi qeyd olunucaq

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr rəssamı, əməkdar incəsənət xadimi, mərhum aktyor Elçin Məmmədovun 70 illik yubileyi qeyd olunucaq. 

Bu barədə "Report"a Teatr Xadimləri İttifaqından (TXİ) məlumat verilib.

Bildirilib ki, mayın 29-da görkəmli rəssamın doğum günü münasibətlə ittifaqın kollektivi E.Məmmədovun məzarını ziyarət edəcək. Mayın 31-də isə TXİ-nın binasında yubiley tədbiri təşkil ediləcək.

Yubiley tədbirində E.Məmmədovun dostları, yaxınları, ailə üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, Elçin Məmmədov 1946-cı il mayın 29-da Azərbaycanın iki böyük sənətkarının - rejissor Mehdi Məmmədov və xalq artisti Barat Şəkinskayanın ailəsində dünyaya gəlib.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. İlk rəssamlıq işi uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasında olub.

Sonralar isə daha çox atası, Mehdi Məmmədovla birlikdə çalışıb.

Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət Mükafatı laureatı adını alıb. E.Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olub. Onun son işi olan "Hamlet" tamaşasında rəssam işləri yarımçıq qalıb.

E.Məmmədov Azərbaycan kinosu tarixində aktyor kimi maraqlı obrazlara imza atıb. "Yeddi oğul istərəm"də Mirpaşa, "Dədə Qorqud" filmində Qaraca çoban kimi yaddaqalan obrazlar canlandırıb. 

O, 2001-ci il fevralın 18-də 55 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi