"Mən dəyərəm min cavana" tamaşası nümayiş etdiriləcək

"Mən dəyərəm min cavana" tamaşası nümayiş etdiriləcək Baş rolda xalq artisti İlham Namiq Kamal çıxış edəcək
İncəsənət
20 Fevral , 2015 11:09
Mən dəyərəm min cavana tamaşası nümayiş etdiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 22-də Azərbaycan Dövlət Musiqili Teatrı Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana" adlı tamaşasını nümayiş etdirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Musiqili Teatrın mətbuat xidməti yayıb.

Tamaşada baş rolu xalq artisti İlham Namiq Kamal və teatra yenidən qayıdan aktrisa Ülviyyə Əliyeva ifa edəcək.

Tamaşanın rejissoru Yusif Əkbərovdur.

Qeyd edək ki, Ülviyyə Əliyevanın ifa edəcəyi Güldəstə obrazında ilk dəfə xalq artisti Afaq Bəşirqızı çıxış edib.

Son xəbərlər

Orphus sistemi