"Məlikməmməd və sehrli almalar" balaca tamaşaçıların görüşünə gəlir

"Məlikməmməd və sehrli almalar" balaca tamaşaçıların görüşünə gəlir Tamaşa “Məlikməmməd” xalq nağılı əsasında səhnələşdirilib
İncəsənət
21 Yanvar , 2015 20:12
Məlikməmməd və sehrli almalar balaca tamaşaçıların görüşünə gəlir

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir uşaq tamaşasının məşq prosesinə start verilib.

"Report" xəbər verir ki, bu məlumatı Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti yayıb.

Üzərində yaradıcılıq işinə başlanılmış növbəti tamaşa Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilmiş "Məlikməmməd və sehrli almalar"dır. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Roza İbadova, Günel Məmmədova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Müşfiq Əliyev, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcəklər.

Tamaşanın premyerası martın 12-də olacaq. 

Son xəbərlər

Orphus sistemi