"Mehmanxana sahibəsi"nin premyerası apreldə olacaq

"Mehmanxana sahibəsi"nin premyerası apreldə olacaq Tamaşanın rejissoru xalq artisti Cənnət Səlimovadır
İncəsənət
19 Mart , 2016 12:13
Mehmanxana sahibəsinin premyerası apreldə olacaq

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış italyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsərinin son məşqləri gedir. Tamaşanın premyerası aprelin sonunda olacaq. Bu barədə "Report"a tamaşanın rejissoru, xalq artisti Cənnət Səlimova məlumat verib.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcəklər.

Baş rol - Mirandolina obrazını əməkdar artist Leyli Vəliyeva canlandıracaq.

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qarşı qisasından bəhs edir.

Son xəbərlər

Orphus sistemi