"Mehmanxana sahibəsi" əsəri 63 ildən sonra Azərbaycanda səhnəyə qoyulacaq

"Mehmanxana sahibəsi" əsəri 63 ildən sonra Azərbaycanda səhnəyə qoyulacaq Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır
İncəsənət
24 Noyabr , 2015 13:58
Mehmanxana sahibəsi əsəri 63 ildən sonra Azərbaycanda səhnəyə qoyulacaq

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İtalyan dramaturqu Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsəri səhnəyə qoyulacaq. 

"Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovadır.

Hazırda teatrda tamaşanın məşqləri gedir. Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əsas obrazları əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Elşən Çarhanlı, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva, Təhminə Məmmədova, Eşqin Quliyev və Ceyhun Məmmədov ifa edəcək. Baş rol-Mirondalina obrazını əməkdar artist Leyli Vəliyeva canlandıracaq. 

Tamaşa hər kəs tərəfindən sevilən gözəl Mirandolinaya (mehmanxana sahibəsi) inadkar Kavalerin kobud münasibəti və bu qadının yaraşıqlı Kavalerə qisasından bəhs edir.

Xatırladaq ki, "Mehmanxana sahibəsi" əsəri son dəfə teatrda 63 il bundan əvvəl tamaşaya qoyulub. Akademik Milli Dram Teatrının səhnəsində 1952-ci il sentyabrın 11-də nümayiş etdirilən tamaşanın rejissoru, görkəmli səhnə xadimi Mehdi Məmmədov olub. Mirondalina obrazını isə xalq artisti Barat Şəkinskaya oynayıb. Əsəri Sabit Rəhman tərcümə edib.

Uzun illərdən sonra "Mehmanxana sahibəsi" əsəri 1978-ci ildə Azərbaycan Dövlət Televiziyasında tamaşaya hazırlanıb. Televiziya tamaşasının rejissoru Lütfi Məmmədbəyli, Ədalət Ziyadxanov, televiziya rejissoru isə Tariyel Vəliyev olub.

Tamaşaçıların yaddaşında qalan ən gözəl Mirondalina obrazının ifaçısı isə, xalq artisti Zərnigar Ağakişiyeva olub.  

Son xəbərlər

Orphus sistemi