Nazirlik rəsmisi: "Teatr və konsert müəssisələri vətəndaşlıq mövqeyi göstərməlidir"

Nazirlik rəsmisi: "Teatr və konsert müəssisələri vətəndaşlıq mövqeyi göstərməlidir" Mayın 20-də nümayiş etdiriləcək konsert və tamaşaların təxirə salınması ilə bağlı rəsmi olaraq heç bir göstəriş verilməyib
İncəsənət
20 May , 2015 12:51
Nazirlik rəsmisi: Teatr və konsert müəssisələri vətəndaşlıq mövqeyi göstərməlidir

Bakı. 20 may. REPORT.AZ/ "Mayın 19-da Bakının Binəqədi rayonunda yaşayış binasında baş verən yanğında həlak olanların  xatirəsi hər birimiz üçün əzizdir. Mədəniyyət və Turizm Nazirliyi ölkədə fəaliyyət göstərən teatr və konsert müəssisələrinə mayın 20-də nümayiş etdiriləcək konsert və tamaşaların təxirə salınması ilə bağlı rəsmi olaraq heç bir göstəriş verməyib".

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında belə deyib. 

O qeyd edib ki, hər bir teatrın aylıq repertuar planı və cədvəli var: "Teatr və konsert kompleksləri cədvəl üzrə işlədiklərinə görə, bu gün hər hansı tamaşanı ləğv etmək və ya təxirə salmaq barədə Mədəniyyət və Turizm Nazirliyi göstəriş verməyib. Bu qərarı vermək hər bir mədəniyyət müəssisəsinin vətəndaşlıq borcudur".

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunun "Azadlıq" prospektindəki 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi