Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və turistlərə müraciət edib

Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və turistlərə müraciət edib "Mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur"
İncəsənət
13 May , 2016 20:51
Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və turistlərə müraciət edib

Bakı. 13 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi mehmanxana rəhbərlərinə və turistlərə müraciət edib. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətdə deyilir ki, son zamanlar mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən mehmanxanada qeydiyyatdan keçərkən tələb olunan müvafiq sənədlərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayətlər daxil olub.

Məlum olduğu kimi, mehmanxanada gecələmək üçün sənəd rəsmiləşdirilməsi beynəlxalq qaydalara və təcrübəyə əsasən, hər bir vətəndaş xüsusi forma – gəliş vərəqəsini doldurur və orada öz şəxsiyyət vəsiqəsinə dair göstəricilərini: soyadı, ad, doğum tarixi, daimi yaşayış yerinin ünvanı və s. qeyd edir.

Eyni zamanda, həmin vərəqədə mehmanxanada qalma qaydaları və rejimi də öz əksini tapır. Sənədə atılan imza onu təsdiq edir ki, mehmanxanada gecələyən turist, xidmət qaydaları və qiymətləri ilə tanış olur. Daha sonra vərəqədəki göstəricilər mehmanxananın qeydiyyat bankına daxil edilir və şəxsiyyəti təsdiq edən sənəd dərhal müştəriyə geri qaytarılır.

Nazirlik bildirir ki, mövcud qanunvericilikdə mehmanxanada qeydiyyatdan keçən zaman nikah haqqında şəhadətnamə tələb olunmur.

Son xəbərlər

Orphus sistemi