Mədəniyyət və Turizm Nazirliyi bu il bir neçə sənətkarın yubileyini qeyd edəcək - SİYAHI

Mədəniyyət və Turizm Nazirliyi bu il bir neçə sənətkarın yubileyini qeyd edəcək - SİYAHI Nazirlik yubiley tədbirlərinin vaxtını açıqlayıb
İncəsənət
4 Avqust , 2015 18:04
Mədəniyyət və Turizm Nazirliyi bu il bir neçə sənətkarın yubileyini qeyd edəcək - SİYAHI

Bakı. 4 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin ikinci yarısında bir sıra tanınmış incəsənət xadimlərinin yubiley gecələrini keçirəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, bu ilin sentyabrında xalq artisti Səyavuş Aslanın 80 illiyinə həsr olunan yubiley gecəsi, oktyabr ayında xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illiyinə həsr edilən yubiley tədbiri, xalq artisti, aktyor Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan yubiley tədbiri, xalq artisti Ağakişi Kazımovun 80 illiyi tədbiri, noyabrda isə görkəmli səhnə ustası Cahangir Zeynalovun 150 illiyinə həsr olunan yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. 

Məlumatda bildirilib ki, keçiriləcək yubiley tədbirləri haqqında mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında ətraflı məlumatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi