Mahnı Teatrında Rəşid Behbudovun 100 illik yubileyi keçirilib

Mahnı Teatrında Rəşid Behbudovun 100 illik yubileyi keçirilib Salman Qəmbərov: "Rəşid Behbudov dahi müğənni, əvəzedilməz musiqi xadimi idi"
İncəsənət
14 Dekabr , 2015 19:42
Mahnı Teatrında Rəşid Behbudovun 100 illik yubileyi keçirilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında SSRİ xalq artisti, Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilən konsert proqramı keçirilib.

"Report" xəbər verir ki, konsertdə sənətkarın adını daşıyan Mahnı Teatrının estrada-simfonik orkestri çıxış edib.

Tədbiri Mahnı Teatrının bədii rəhbəri, əməkdar incəsənət xadimi Salman Qəmbərov açaraq, Rəşid Behbudovla çalışmasa da, onun səsinə, ifaçılıq mədəniyyətinə heyran olduğunu deyib: "Rəşid Behbudov dahi müğənni, əvəzedilməz musiqi xadimi idi. 2016-cı ildə onun yubiley tədbirləri davam edəcək. Biz bu gün ilk konserti onun adını daşıyan Mahnı Teatrının estrada-simfonik orkestri kimi başlamağı düşündük. Rəşid Behbudovun xatirəsinə həsr edilən maraqlı proqram tərtib etmişik". 

Bundan sonra görkəmli bəstəkar Xəyyam Mirzəzadənin "Gəzinti" əsəri ifa edilib. Konsertdə həmçinin Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Tofiq Əhmədov, Arif Məlikov, Niyazi, Qara Qarayev, Cəmil Əmirov, Elza İbrahimova, Müslüm Maqomayevin əsərləri səsləndirilib.

Eyni zamanda xalq artisti Azər Zeynalov, müğənnilər İlhamə Qasımova, Aynur İsgəndərli və başqaları çıxış ediblər. 

Konsertdə Rəşid Behbudova həsr olunmuş "Əlvida" kompozisiyası da səsləndirilib.

Son xəbərlər

Orphus sistemi