Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası yeni Leylinin ifasında təqdim ediləcək.
"Report" xəbər verir ki, Leyli obrazını bu dəfə istedadlı gənc xanəndə Güllü Muradova ifa edəcək.
Dekabrın 3-də nümayiş etdiriləcək tamaşada Məcnun rolunda əməkdar artist Səbuhi İbayev çıxış edəcək.
Tamaşanın rejissoru Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Qeyd edək ki, "Leyli və Məcnun" operası xalq artisti, mərhum xanəndə Baba Mahmudoğlunun 75 illik yubileyi münasibətilə oynanılacaq.
Gənc xanəndə Güllü Muradova Leyli rolunda ilk dəfə səhnəyə çıxacaq.