Lənkəran Teatrında yeni tamaşanın premyerası olub

Lənkəran Teatrında yeni tamaşanın premyerası olub Səhnə əsərinə rejissor Bəhram Osmanov quruluş verib
İncəsənət
28 İyun , 2016 17:32
Lənkəran Teatrında yeni tamaşanın premyerası olub

Bakı. 28 iyun. REPORT.AZ/ Lənkəran Dövlət Dram Teatrında Əli Vəlioğlunun “Əsrlərin harayı” dramı əsasında hazırlanmış tamaşanın premyerası olub.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur.

Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi