Lənkəran teatrında "Əsrlərin harayı" adlı tamaşa hazırlanır

Lənkəran teatrında "Əsrlərin harayı" adlı tamaşa hazırlanır Tamaşanın rejissoru Bəhram Osmanovdur
İncəsənət
31 May , 2016 10:55
Lənkəran teatrında Əsrlərin harayı adlı tamaşa hazırlanır

Bakı. 31 may. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yeni əsər hazırlanır. Tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi, tanınmış rejissor Bəhram Osmanovdur.

Bu barədə "Report"a Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov məlumat verib.

Onun sözlərinə görə, yeni hazırlanacaq tamaşanın müəllifi Əli Vəlioğludur: "Əsər "Əsrlərin harayı" adlanır. Tamaşanın məşqləri davam edir".

Əsərin premyerası iyunun 27-də olacaq.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı İrana Festivala getməyə hazırlaşır. Teatr Xorasanda keçiriləcək "11-ci Rəzəvi Festivalı"nda çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi