Lənkəran Teatrı rayonlara yay qastroluna çıxır

Lənkəran Teatrı rayonlara yay qastroluna çıxır Teatr bu mövsümün son premyerasını nümayiş etdirib
İncəsənət
19 İyun , 2015 11:32
Lənkəran Teatrı rayonlara yay qastroluna çıxır

Bakı. 19 iyun. REPORT.AZ/ Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı bu mövsümün son premyerasını nümayiş etdirib. 

"Report" xəbər verir ki, teatrda Lev Korsunskinin "Kələkbaz" komediyasının premyerası olub. Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanovdur.

Rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Allahverən Babayev, Miraslan Ağayev, Zemfira Əhmədova, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Əzizova canlandırıb. 

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı iyunun 20-dən bölgələrə yay qastroluna çıxır. İlk qastrol səfəri Ucar rayonuna olacaq. Rayon sakinləri S.M.Qənizadənin “Xor-xor” vodevilinə tamaşa etmək imkanı qazanacaqlar.

Teatr qastrol səfərini Hacıqabul, İsmayıllı, Şabran və qonşu Lerik rayonunda davam etdirəcək. Tamaşaçılara İlyas Əfəndiyevin "Qəribə oğlan" və Üzeyir bəy Hacıbəylinin hekayə, pamflet və felyetonları əsasında hazırlanmış “Olanlardan-keçənlərdən” tamaşaları təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi