“Lənkəran payızı-III” folklor festivalı keçirilib

“Lənkəran payızı-III” folklor festivalı keçirilib İştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib
İncəsənət
10 Dekabr , 2015 12:27
“Lənkəran payızı-III” folklor festivalı keçirilib

Bakı. 10 dekabr. REPORT.AZ/ Lənkərandakı Mədəniyyət Mərkəzində “Lənkəran payızı-III” folklor festivalı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, festival Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə baş tutub. 

Tədbirdə musiqi, şeir ifaçıları, “Nənələr”, “Vənəvşə” rəqs kollektivləri maraqlı konsert proramı ilə çıxış ediblər.

İştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, festival 2013-cü ildən ənənəvi olaraq təşkil edilir və əsas məqsəd klublarda folkor işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması, onun inkişaf etdirilməsi, milli folklora marağın daha da artırılması və şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılmasıdır.

Son xəbərlər

Orphus sistemi