Kukla Teatrının aktyoru xəstəxanaya yerləşdirilib

Kukla Teatrının aktyoru xəstəxanaya yerləşdirilib Rəhim Rəhimov böyrəklərində yaranan problemlə bağlı müalicə alır
İncəsənət
11 May , 2016 12:50
Kukla Teatrının aktyoru xəstəxanaya yerləşdirilib

Bakı. 11 may. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov xəstəxanada müalicə alır. Aktyor "Report"a açıqlamasında hazırda vəziyyətinin normal olduğunu deyib.

Böyrəklərində yaranan problemlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan aktyor, sabah Urologiya Xəstəxanasına yerləşdiriləcək.

R.Rəhimov 10 gündür 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə aldığını deyib: "Böyrəyimdə kista aşkarlanıb və hazırda ciddi müalicə kursu keçirəm. Müalicəmi Urologiya Xəstəxanasında davam etdirəcəm. Özümü normal hiss edirəm və həkimlər icazə versələr müalicəmi evdə davam etdirmək istəyirəm".

Aktyor bildirib ki, mayın 12 və 13-də Kukla Teatrında rol aldığı yeni tamaşamın növbəti premyerasının keçirilməsi nəzərdə tutulurdu: "Amma səhhətimlə əlaqədar olaraq premyera təxirə salındı. "Zəng" tamaşası mayın 22-də yenidən tamaşaçılara nümayiş etdiriləcək. Mayın 28-dək tam sağalmalıyam. Çünki mayın 28-də Kukla Teatrının kollektivi Yunanıstanda keçiriləcək Mədəniyyət Günlərində iştirak edəcək. Mənim ifa etdiyim "Zəng" tamaşası Mədəniyyət Günləri çərçivəsində nümayiş etdiriləcək".

Son xəbərlər

Orphus sistemi