Kukla Teatrında fəaliyyət göstərən “Oyuq” studiyası xeyriyyə konserti verəcək

Kukla Teatrında fəaliyyət göstərən “Oyuq” studiyası xeyriyyə konserti verəcək Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq
İncəsənət
15 Oktyabr , 2015 18:04
Kukla Teatrında fəaliyyət göstərən  “Oyuq” studiyası xeyriyyə konserti verəcək

Bakı. 15 oktyabr. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası xeyriyyə konsert-tamaşası hazırlayır.

"Report" xəbər verir ki, bu dəfə balaca teatr həvəskarları həmyaşıdlarını 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə öz ətraflarına toplayacaq.

UNİMA Azərbaycan Milli Mərkəzinin dəstəyi ilə noyabrın 5-nə təsadüf edəcək bayram tədbirində balaca istedadların ifasında “Yatmış gözəl” adlı tamaşa təqdim olunacaq. Dünya ədəbiyyatından məşhur əsər əsasında yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi və Cəmilə Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanlarının vəhdətdə təqdimatı nəzərdə tutulur.

Uşaqlara vətənpərvərlik, dürüstlük, dünyaya məhəbbət, sülhə çağırış aşılayan tamaşanın ardınca balacaların ifasında rəngarəng konsert proqramı təqdim olunacaq.

Proqramda studiyanın fəalları Aylin Nəcəfli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev, Aydan Əhmədova, İlham Qasımov, Nigar Xanmirzəyeva, Miryaqub Seyidov, Ömür Səfərəliyeva və Nuray Əkbər çıxış edəcək.

Xeyriyyə konsert-tamaşasına Bakının internat məktəbi və uşaq evlərindən balacalar da dəvət olunacaq.

Son xəbərlər

Orphus sistemi