Kukla Teatrı iki beynəlxalq festivala dəvət alıb

Kukla Teatrı iki beynəlxalq festivala dəvət alıb Dəvətlər Çin və İsraildən gəlib
İncəsənət
20 İyun , 2015 17:16
Kukla Teatrı iki beynəlxalq festivala dəvət alıb

Bakı. 20 iyun. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dünyanın iki nüfuzlu Kukla Teatrı festivalına dəvət alıb. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Kukla Teatrının mətbuat xidməti yayıb.

İlk dəvət Çindən gəlib. 2015-ci ilin noyabrında təşkil ediləcək beynəlxalq festivalda Azərbaycan Dövlət Kukla Teatrının iştirakı gözlənilir.

Festivalda Kukla Teatrlarından başqa, kukla sənətinin ustaları, kukla rəssamları da iştirak edəcəklər.

İkinci festival isə İsraildə baş tutacaq. Avqustun 9-dan 13-dək Qüdsdə təşkil ediləcək Beynəlxalq Kukla Teatrı festivalına Azərbaycan Dövlət Kukla Teatrı dəvət alıb.

Kukla Teatrının festivallarda iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.

Son xəbərlər

Orphus sistemi