Bakı. 4 noyabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində xalq artisti, xanəndə Könül Xasıyevanın "Təkcə səndən nigaranam" adlı solo-konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, konsertdə Könül Xasıyevanın iki tələbəsi də çıxış edib.
Konsert proqramında muğam, təsnif və bəstəkar mahnılarını ifa edən Könül Xasıyevanın çıxışı alqışlarla qarşılanıb.
Xatırladaq ki, xalq artisti, xanəndə Könül Xasıyeva hər il solo-konsert proqramı ilə müxtəlif konsert salonlarında çıxış edir və onun keçirdiyi bütün konsertlər anşlaq olur.