Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Cahangir Mehdiyevin 65 yaşı tamam olur.
"Report" xəbər verir ki, yubileyini dostları və ailə üzvləri ilə birlikdə qeyd edəcəyini deyən Cahangir Mehdiyev uzun illərdir bədii film çəkmədiyini bildirib.
"Bu gün doğum günümü təbrik edən hər kəsə minnətdaram. Yubileyimi dostlarımla, ailə üzvlərimlə birlikdə qeyd edəcəm. Kinorejissora ən böyük hədiyyə onun kamera arxasına keçib, film çəkməsi ola bilər. Hələlik bu alınmır. Çəkdiyim sonuncu bədii film "Hacı Qara" olub. "Hacı Qara" 2002-ci ildə ekranlara çıxıb. O, filmdən sonra sənədli filmlərim olub, amma bədii film çəkməmişəm. Hər il ümidlə yaşayıram".
Qeyd edək ki, Cahangir Mehdiyev 1951-ci ildə Bakıda anadan olub. 1968-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun dram teatrı və televiziya rejissorluğu fakültəsində (Mehdi Məmmədovun sinfini), 1974-1979-cu ildə
Xatırladaq ki, Azərbaycan kinosuna "Kişi sözü", "Papaq", "Girişmə, öldürər", "Hacı Qara" və s. kimi filmlər bəxş edən Cahangir Mehdiyev növbəti dəfə film çəkəcəyi təqdirdə, yenə klassik Azərbaycan ədəbiyyatına müraciət edəcəyini bildirib: "Bu dəfə film çəkmək qismət olsa, Mirzə Cəlilə müraciət edəcəm. Cəlil Məmmədquluzadənin şah əsərlərindən birini götürüb ekranlaşdırmaq arzusundayam"