Kiprdə "Azərbaycan Mədəniyyəti Günü" keçirilib

Kiprdə "Azərbaycan Mədəniyyəti Günü" keçirilib Tədbir Rauf Denktaş Sarayında baş tutub
İncəsənət
12 Yanvar , 2015 10:16
Kiprdə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Bakı.12 yanvar. REPORT.AZ/ Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Şərqi Ağdəniz Universitetində "Azərbaycan Mədəniyyəti Günü" keçirilib. Tədbiri Universitetdə təhsil alan "Azərbaycan Tələbə Toplusu" qrupu təşkil edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rauf Denkdaş adına Mədəniyyət Sarayında keçirilən tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Daha sonra Azərbaycan haqqında film göstərilib. Filmin nümayişindən sonra tələbələrə Azərbaycanın mədəniyyəti, tarixi, keçmişi haqqında tələbələrə məlumat çatdırılıb.

Qısa sürən rəsmi hissədən sonra təbdir, Azərbaycan xalq mahnılarının səslənməsi və rəqslərin nümayişi ilə davam edib. 

Son xəbərlər

Orphus sistemi