Kinorejissor Eldar Quliyev yeni film çəkəcək

Kinorejissor Eldar Quliyev yeni film çəkəcək "Yazıçı Natiq Rəsulzadə ilə yeni filmin ssenarisi üzərində işləyirik"
İncəsənət
16 İyun , 2016 14:10
Kinorejissor Eldar Quliyev yeni film çəkəcək

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanın xalq artisti, kinorejissoru Eldar Quliyev yeni film çəkəcək. 

Bu barədə "Report"a açıqlamasında Eldar Quliyevin özü məlumat verib.  

Onun sözlərinə görə, hazırda filmin ssenarisi yazılır: "Yazıçı Natiq Rəsulzadə ilə yeni filmin ssenarisi üzərində işləyirik. Ssenari bir-iki aya tam hazır olacaq və 2017-ci ildə filmin çəkilişlərinə start veriləcək".

Kinorejissor "Dərvişin qeydləri" bədii filmindən sonra yeni film çəkmədiyini söyləyib: "Kamera üçün darıxmışam. Yeni film çəkmək üçün özümə yalnız sağlamlıq arzulayıram". 

Qeyd edək ki, E.Quliyev 2016-cı il yanvarın 14-də Azərbaycan mədəniyyətinin tədrisi və təbliğində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və 75 illik yubileyi münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Milli kino" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi