​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb

​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb Gürcüstanın iki vətəndaşı rəsm əsərini qanunsuz olaraq satmaq istəyərkən tutulublar
İncəsənət
8 Yanvar , 2016 17:42
​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Tanınmış holland rəssamı Antonis van Deykin Gürcüstandan Türkiyəyə qaçaqmalçılıqla aparılan əsəri İstanbulda aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Türkiyə hüquq-mühafizə orqanları ehtimal edir ki, əsər bundan əvvəl Avropadan Rusiyaya, oradan Gürcüstana gətirilib.

Əsərin qiyməti 14 milyon dollardır.

Gürcüstanın iki vətəndaşı rəsm əsərini qanunsuz olaraq satmaq istəyərkən tutulublar.

Son xəbərlər

Orphus sistemi