İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedəcək

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedəcək Səfər aprelin 4-dən 24-dək davam edəcək
İncəsənət
1 Aprel , 2016 19:52
İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə gedəcək

Bakı. 1 aprel. REPORT.AZ/ Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının “Kültür və sanatta kardeşlik və candaşlıq” layihəsinə uyğun olaraq aprelin 4-dən 24-dək Türkiyəyə qastrol səfərinə gedəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Səfər zamanı teatr Türkiyənin Iğdır, Kars, Ərzurum, Bursa, İnegöl, Manisa, İzmir, Quşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Kastamonu və Samsun şəhərlərində çıxışları planlaşdırılır.

Teatrın qastrol səfərində "Soyqırımı tarixinin dastanı", "Nurlu ömrün dastanı", "Cümhuriyyətin ilk sədası" tamaşalarının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, aprelin 24-də Bakıda Türkiyədən gələcək nümayəndə heyəti ilə birlikdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrola yekun vuracaq.

Son xəbərlər

Orphus sistemi