“İnikas” filmi Moskvada beynəlxalq fesivalda nümayiş etdiriləcək

“İnikas” filmi Moskvada beynəlxalq fesivalda nümayiş etdiriləcək Filmin süjet xətti SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir
İncəsənət
9 İyun , 2016 21:31
“İnikas” filmi Moskvada beynəlxalq fesivalda nümayiş etdiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ “İnikas” bədii filmi Rusiyanın Esperanza Beynəlxalq Film Fesivalında nümayiş etdiriləcək.

"Azərbaycanfilm" kinostudiyasından "Report"a verilən məlumata görə, festival avqustun 18-dən 25-dək Moskvada keçiriləcək.

Qeyd edək ki, "İnikas" bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin süjet xətti SSRİ dövründə Ağdam şəhərində yaşayan azərbaycanlı ailənin başına gələn müəmmalı hadisədən bəhs edir. Babasının çardağından tapdığı köhnə fotoaparat ilə qarşısına çıxan hər şeyi çəkən filmin qəhrəmanı şəkilləri aşkarlayanda nə ilə qarşılaşacağından xəbərsizdir.

Ekran əsərinin ssenari müəllifi gənc rejissor Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elşən Rüstəmov, Tofiq Əliyev, Nargilə Qəribova və digərləri canlandırıb. 

Son xəbərlər

Orphus sistemi