İlqar Fəhminin "Son reportaj"ı tamaşaya hazırlanır

İlqar Fəhminin "Son reportaj"ı tamaşaya hazırlanır Əsər Mingəçevir Dövlət Dram Teatrında nümayiş etdiriləcək
İncəsənət
20 Avqust , 2015 20:30
İlqar Fəhminin Son reportajı tamaşaya hazırlanır

Bakı. 20 avqust. REPORT.AZ/ Yeni teatr mövsümündə Mingəçevir Dövlət Dram Teatrında tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin "Son reportaj" əsəri səhnəyə qoyulacaq.

"Report" xəbər verir ki, əsərə əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş verəcək.

Mingəçevir Dövlət Dram Teatrı daha bir rejissor Nicat Kazımovla da müqavilə bağlayıb. Nicat Kazımov teatrın səhnəsində "Danışan gəlincik" uşaq tamaşasına quruluş verəcək.

Qeyd edək ki, Mingəçevir Dövlət Dram Teatrı mütəmadi olaraq Bakıdan tanınmış rejissorları teatra dəvət etməyi qərarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi