İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn ediləcək

İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn ediləcək Xalq artisti ilə vida mərasimi sabah Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək
İncəsənət
25 Fevral , 2016 15:01
İlhamə Quliyeva II Fəxri Xiyabanda dəfn ediləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi