"İlahi oyun" Belarus səhnəsində oynanılacaq

"İlahi oyun" Belarus səhnəsində oynanılacaq Forumda MDB, Baltikyanı ölkələr və Gürcüstandan gəlmiş teatr xadimlərinin iştirakı gözlənilir
İncəsənət
28 Oktyabr , 2015 21:07
İlahi oyun Belarus səhnəsində oynanılacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı noyabrın 19-dan 26-dək Belarusda keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda iştirak edəcək.

"Report" xəbər verir ki, forumda MDB, Baltikyanı ölkələr və Gürcüstandan gəlmiş teatr xadimlərinin iştirakı gözlənilir.

Forum çərçivəsində Akademik Milli Dram Teatrı “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposunun “Dirsə xan oğlu Buğac boyu” əsasında hazırlanan “İlahi oyun” tamaşasını nümayiş etdirəcək.

Qeyd edək ki, “İlahi oyun” tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, rəqslərin quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovadır.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan – Ata), Pərviz Məmmədrzayev (Ozan – Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edib.

"İlahi oyun" tamaşası Belarusun Yanka Kupala adına Milli Akademik Teatrında oynanılacaq. 

Son xəbərlər

Orphus sistemi