“Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filminin təqdimatı keçiriləcək

“Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filminin təqdimatı keçiriləcək Təqdimat mərasimi mayın 11-də Nizami Kino Mərkəzində baş tutacaq
İncəsənət
5 May , 2016 20:09
“Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filminin təqdimatı keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ Mayın 11-də Nizami Kino Mərkəzində “Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyası və “Lennauçfilm” studiyasında çəkilən film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.

Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Son xəbərlər

Orphus sistemi