Hollivud Dantenin "İlahi komediya" əsərinin ekranlaşdırılması üzərində işləyir

Hollivud Dantenin "İlahi komediya" əsərinin ekranlaşdırılması üzərində işləyir Uğur qazanacağı halda kinoşirkət "İlahi komediya" əsasında daha iki film çəkmək niyyətindədir
İncəsənət
22 Avqust , 2015 08:09
Hollivud Dantenin İlahi komediya əsərinin ekranlaşdırılması üzərində işləyir

Bakı. 22 avqust. REPORT.AZ/ Hollivudun "Warner Brothers Production" kino şirkəti dünya ədəbiyyatının ən məşhur əsrələrindən sayılan Dante Algerin (1265-1321) "İlhai komediya" əsərini ekranlaşdırır.

"Report" xəbər verir ki, bu haqda "Deadline" məlumat yayıb.

Məlumata görə, kinostudiya hazırda rejissor seçimi edir, bundan sonra baş rolların aktyorları təyin ediləcək.

Uğur qazanacağı halda kino şirkət "İlahi komediya" əsasında daha iki film çəkmək niyyətindədir.

Xəbərdə bildirilib ki, əvvəllər də kinomatoqrafistlər Dantenin bu poeması əsasında film çəkmək cəhd ediblər. Ancaq kinostudiyalar əsərin fəlsəfi dərinliyini təmin edə bilmədiklərindən bu istəkdən əl çəkiblər.

Son xəbərlər

Orphus sistemi