Heydər Əliyev Sarayında Əliağa Vahidin doğum günü münasibətilə konsert proqramı keçirilib

Heydər Əliyev Sarayında Əliağa Vahidin doğum günü münasibətilə konsert proqramı keçirilib Konsertdə Əliağa Vahidin öz səsi ilə lentə yazılmış qəzəlləri səsləndirilib
İncəsənət
18 Fevral , 2016 20:25
Heydər Əliyev Sarayında Əliağa Vahidin doğum günü münasibətilə konsert proqramı keçirilib

Bakı. 18 fevral. REPORT.AZ/ Fevralın 18-i Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin doğum günüdür.

"Report" xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Sarayında Əliağa Vahidin qəzəllərindən ibarət "Vahidəm, qaldı adım dürr kimi" adlı konsert proqramı keçirilib. 

Konsertdə Azərbaycanın xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları Ağamirzə, Mehman Əhmədli iştirak ediblər.

Konsert Əliağa Vahidin öz səsi ilə lentə yazılmış qəzəllərinin səsləndirilməsi ilə başlanıb, daha sonra 

Ustad xanəndələr Əliağa Vahidin qəzəllərini səsləndiriblər.

Qeyd edək ki, Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri ustad xanəndələrin repertuarında mühüm yer tutur. Ötən il Azərbaycanda görkəmli şair Əliağa Vahidin 120 illiyi münasibətilə bir sıra tədbirlər, sərgilər keçirilib.

Son xəbərlər

Orphus sistemi