Heydər Əliyev Sarayında aşıqların konserti olacaq

Heydər Əliyev Sarayında aşıqların konserti olacaq Konsert iyunun 25-də, saat 19.00-da başlayacaq
İncəsənət
24 İyun , 2015 12:53
Heydər Əliyev Sarayında aşıqların konserti olacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Heydər Əliyev Sarayında "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı aşıq konserti proqramı keçiriləcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. 

Konsert iyunun 25-də, saat 19.00-da başlayacaq və proqramda əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcək. 

Gecədə, həmçinin Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.

Son xəbərlər

Orphus sistemi