Bakı. 15 fevral. REPORT.AZ/ Heydər Əliyev Sarayında Novruz bayramına hazırlıq işlərinə başlanılıb.
"Report" xəbər verir ki, Heydər Əliyev Sarayında martın 22-23-də bayram şənliyi təşkil ediləcək.
"Novruz şənliyi" adlandırılan musiqili-əyləncəli bayram proqramında uşaqlar üçün maraqlı konsert proqramı nümayiş etdiriləcək.
Bayram konsertinin biletləri 10-20 manatdan satışa çıxarılıb.