"Həddən artıq uyğunluq" filminin ilk çəkilişləri Amerikada aparılacaq

"Həddən artıq uyğunluq" filminin ilk çəkilişləri Amerikada aparılacaq Filmin yaradıcı heyəti dekabrın 9-da ABŞ-a yola düşəcək
İncəsənət
7 Dekabr , 2015 12:27
Həddən artıq uyğunluq filminin ilk çəkilişləri Amerikada aparılacaq

Bakı. 7 dekabr. REPORT.AZ Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilişlərinə start verilən "Həddən artıq uyğunluq" filminin ilk çəkilişi Amerikada aparılacaq. 

"Report" xəbər verir ki, filmin yaradıcı heyəti dekabrın 9-da ABŞ-a yola düşəcək.

Çəkilişlər dekabrın 10-da ABŞ-da başlayacaq.

Filmin ssenari müəllifi Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, işraçı prodüsseri Tofiq Musayev, prodüsseri Müşfiq Hətəmovdur. Filmdə xalq artisti Afaq Bəşirqızı, aktyorlar Aydan Axundova və Tural Əsədov rol alacaq.

Hələlik şərti adı "Həddən artıq uyğunluq" olan film dövlət sifarişilə çəkiləcək.

Ekran əsərinin çəkilişləri ABŞ-da başlayıb, Azərbaycanda davam etdiriləcək.

Xatırladaq ki, bu film əsasən klipmeyker kimi tanınan rejissor Ülviyyə Könülün kinoda ikinci böyük işi olacaq. Onun birinci filmi "Vəkil hanı?" adlanır. 

Son xəbərlər

Orphus sistemi