Hacı Murad Yagizarovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Hacı Murad Yagizarovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib Tamaşaçılar arasında Milli Məclisin vitse-spikeri Bahar Muradova, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də olub
İncəsənət
13 Noyabr , 2014 13:00
Hacı Murad Yagizarovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus  Dram Teatrında xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarovun 75 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.

"Report" xəbər verir ki, ənənəvi yubiley və yaradıcılıq gecələrindən fərqli olaraq, Hacı Murad Yagizarov səhnədə yeni tamaşasını təqdim edib. V.Stupinskinin "Taraq" əsərinin motivləri əsasında hazırlanan "Artist və onun kölgəsi" tamaşasının premyerasında 75 yaşlı aktyor   tamaşada rol ifa etməklə yanaşı, həm də  gitaranın müşayiəti ilə şanson oxuyub.

Tamaşaçılar arasında Milli Məclisin vitse-spikeri Bahar Muradova ailə üzvləri ilə birlikdə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət, tanınmış sənət xadimləri, elm və mədəniyyət nümayəndələr, millət vəkilləri olub.

Tamaşanın nümayişindən yubilyarın  yenicə çapdan çıxmış "Yaddaşımın dalğaları ilə" kitabının imza mərasimi olub.

Xalq artisti Hacı Murad Yagizarov "Report"a açıqlamasında təqdimatı keçirilən kitabın onun həyat hekayəsi olduğunu bildirib: " Düşüncələrimin, hisslərimin bir parçasıdır. Fikirləşdiyim, məni narahat edən duyğularımı kağıza köçürdüm. Bu kitab mənim oxucularıma və vəfalı tamaşaçılarıma hədiyyəmdir".

Son xəbərlər

Orphus sistemi