Habil Əliyevin xatirə gecəsi keçirilib

Habil Əliyevin xatirə gecəsi keçirilib Görkəmli kaman ustadının keçdiyi ömür və sənət yolunun ən yaddaqalan anları videoçarxda əks olunub
İncəsənət
20 Noyabr , 2015 21:07
Habil Əliyevin xatirə gecəsi keçirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində görkəmli kaman ustası, Xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin xatirə gecəsi keçirilib. "Report" xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, görkəmli xanəndələr, muğam biliciləri, sənətkarlar, mərhumun ailə üzvləri, doğmaları iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın həyat yolundan bəhs edən fotosərgiyə baxıblar. Daha sonra Habil Əliyevə həsr olunmuş videoçarx nümayişi edilib. Görkəmli kaman ustasının keçdiyi ömür və sənət yolunun ən yaddaqalan anları videoçarxda əks olunub. Ümummilli lider Heydər Əliyevin Habil Əliyev barədə dediyi fikirlər səsləndirilib: "Hamı həkim, müəllim, mühəndis ola bilər. Amma sənətkar olmağı hamı bacarmaz. Hamı kamança çala bilər, amma Habil kimi kamança çalan olmaz". 

Gecədə tanınmış və gənc xanəndələrin ifasında Habil Əliyevin bəstələri, eləcə də xalq mahnıları və muğamlarımız səsləndirilib.

Son xəbərlər

Orphus sistemi