Gürcüstanda X-cu Beynəlxalq Müəllif Filmləri Kino Festivalı keçiriləcək

Gürcüstanda X-cu Beynəlxalq Müəllif Filmləri Kino Festivalı keçiriləcək Məşhur aktrisa Nastasiya Kinski X-cu Beynəlxalq Müəllif Filmləri Kino Festivalı çərçivəsində Batumidə olacaq
İncəsənət
11 Sentyabr , 2015 21:02
Gürcüstanda X-cu Beynəlxalq Müəllif Filmləri Kino Festivalı keçiriləcək

Bakı. 11 sentyabr. REPORT.AZ/ Məşhur amerika və alman kinoaktrisası Nastsiya Kinski X-cu Beynəlxalq Müəllif Filmləri Kino Festivalı çərçivəsində Gürcüstanın Batumi şəhərinə gələcək.

"Report" Gürcüstanın Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival sentyabrın 13-dən 20-dək keçiriləcək.

Kinoulduzun Gürcüstana səfəri çərçivəsində N.Kinskiyə dünya kinosuna bəxş etdiyi töhvələrə görə, xüsusi mükafat veriləcək.

Festivala dəvət edilən qonaqların arasında Otar İoseliani, Lana Qoqoberidze, Merab Hemzadze, Maya Komarovskaya və başqaları da, var.

Festivalın açılışı Otar İosialianın "Qış mahnısı" filminin açılışı ilə olacaq.

Bu il Batumi Kinoforumunda 30 ölkədən 40 tammetrajlı və 40 qısametrajlı film nümayiş ediləcək. Kinofestivalda ABŞ-dan, Avropadan, keçmiş postsovet ölkələrindən və Asiyadan gəlmiş kino xadimləri iştirak edəcək.

Kinoforumun gündəliyinə bədii, sənədli, qısametrajlı filmlər, həmçinin Avropa Kinoakademiyasının və Gürcü kinosunun ən gözəl ekran əsərləri daxil edilib.

Kinoforumun təşkilatçıları Batuminin "Arqani" İncəsənət Xadimləri Evi, Gürcüstan Milli Mərkəzi, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyidir.

Kinofestivalda nümayiş edilən filmlərdən gələn gəlir, leykemiyadan əziyyət çəkən uşaqların xeyriyyə fonduna köçürüləcək. 

Son xəbərlər

Orphus sistemi