Gürcüstan teatrında Elçinin "Şekspir" əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub

Gürcüstan teatrında Elçinin "Şekspir" əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbçilərin xatirəsi birdəqiqəlik sükutla yad olunub
İncəsənət
4 Aprel , 2016 19:05
Gürcüstan teatrında Elçinin Şekspir əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub

Tbilisi. 4 aprel. REPORT.AZ/ Gürcüstanın Ozurqeti şəhərindəki Ozurqeti Dövlət Dram Teatrında Azərbaycanın xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. 

"Report"un məlumatına görə, teatrın bədii rəhbəri Vasili Çikoqidze bildirib ki, Ozurqeti Dövlət Dram Teatrı bu mövsümü Azərbaycan dramaturgiyasının parlaq nümunəsiylə açır: "Bu bizim xalqlarımız arasındakı dostluğun və qardaşlığın nümunəsidir".

Daha sonra teatrın bədii rəhbərinin təklifiylə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, eləcə də aprelin 2-də şəhid olmuş Azərbaycan hərbçilərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. 

Vasili Çikoqidze "Report"a deyib ki, dost gürcü xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və zorakılığı, terroru pisləyir: "Biz Azərbaycan xalqının kədərini bölüşürük". 

Son xəbərlər

Orphus sistemi