Görkəmli rejissorun xatirəsi yad edilib

Görkəmli rejissorun xatirəsi yad edilib Ədil İsgəndərovun II Fəxri xiyabandakı məzarı ziyarət olunub
İncəsənət
6 May , 2016 20:30
Görkəmli rejissorun xatirəsi yad edilib

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycanın görkəmli teatr rejissoru, SSRİ xalq artisti Ədil İsgəndərovun doğum günü II Fəxri xiyabanda yad edilib.

"Report" xəbər verir ki, Ədil İsgəndərovun doğum günündə ailə üzvləri və tələbələri ustad sənətkarın xatirəsini ehtiramla yad edib, məzarı üstünə güllər düzüb.

Ədil İsgəndərovun qardaşı oğlu Elxan İsgəndərov əmisinin xatirəsini yad etmək üçün hər il mayın 5-də Fəxri xiyabana gəldiklərini bildirib: "Ədil əminin doğum günü və dünyadan köçdüyü gün - mayın 5-i və sentyabrın 18-də Fəxri xiyabanda məzarını ziyarət edirəm. Demək olar ki, tək olmuram. Ədil əminin tələbələri, tanınmış rejissorlar və aktyorlar onu unutmurlar. Məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar. Bu il də belə oldu"

Xatırladaq ki, Ədil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib.

25 il Akademik Milli Dram Teatrına rəhbərlik edib. Azərbaycan teatrının səhnəsində ən monumental səhnə əsərlərinə quruluş verib. 1966-1974-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik edib.

1978-ci il sentyabrın 18-də 68 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi