Görkəmli rejissor yeni kinofestival təsis edib

Görkəmli rejissor yeni kinofestival təsis edib Festivalın açılışı fevralın 16-da keçiriləcək
İncəsənət
13 Fevral , 2016 13:15
Görkəmli rejissor yeni kinofestival təsis edib

Bakı. 13 fevral. REPORT.AZ/ Görkəmli kinorejissor və aktyor, Rusiyanın xalq artisti, Rusiya Kinematoqraflar İttifaqının sədri Nikita Mixalkov yeni kinofestival təsis edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Nikita Mixalkov şəxsi təşəbbüsü ilə yaratdığı kinofestivalda ən yaxşı ssenaristləri mükafatlandıracaq.

Festivalın açılışı fevralın 16-da Kinoaktyor Teatrında keçiriləcək.

Festivalda 2015-ci ilin iyul ayından 2016-cı ilin fevralınadək kino ssenarilərini təqdim etmiş ssenaristlər iştirak edəcək.

"Triptix: kino-teatr-ədəbiyyat" adlandırılan kinofestivalın münsiflər heyətinə Rusiyanın tanınmış teatr, kino və ədəbiyyat xadimləri daxil edilib.

Kinofestival iştirakçıları yeni çəkilmiş 18 kinofilmə tamaşa edəcək.

Xatırladaq ki, Rusiyada Nikita Mixalkovun şəxsi təşəbbüsü ilə yaradılan kino Akademiyası fəaliyyət göstərir. Kino Akademiyasında tələbələrə dünyada tanınan Yevgeni Vaxtanqov, Mixail Çexov, Piter Bruk, Şarl Düllen, Konstantin Stanislavski və başqalarının teatr məktəblərinin əsas prinsipləri öyrədilir.

Son xəbərlər

Orphus sistemi